04.11.2015
Qəzalar
“Mercedes” qəza törətdi- Sürücü öldü
Şabranda yol qəzası baş verib. Cars-az FHN-ə istinadən xəbər verir ki, rayonun Ağalıq kəndində 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 20:10-da başa çatıb.
Emin