Şəkidə “ZİL” yandı

Şəkidə “ZİL” yandı

Şəkidə yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonu, Böyük Dəhnə kəndində vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin banının yanar hissələri, arxa təkərləri və banına yığılmış 3 ton ot bağlaması yanıb. Yanğından avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 18.49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cavid

Dostlarınla paylaş


Şərhlər


Top