04.11.2015
Qəzalar
Şagirdləri aparan avtobus toqquşdu
Cars-az xəbər verir ki, hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib. Belə ki, şagirdləri daşıyan xidməti avtobusla minik maşını toqquşması nəticəsində 13-ü şagird olmaqla 15 nəfər yaralanıb. Əldə olunan məlumata görə, toqquşmanın təsiriylə bir neçə dəfə fırlanan avtobusun içindəki şagirdlər çölə atılıb. Avtobusun altında qalan şagirdlər isə hadisə yerində olan xilasetmə qrupları tərəfindən xilas edilib.
Qəza zamanı ölən olmayıb. Yaralılar isə dövlət xəstəxanalarına yerləşdirilib.