04.11.2015
Qəzalar
Daha bir təyyarə qəzası – 5 ölü
Meksikada təyyarə qəzası baş verib. Cars-az atv.az-a istinadən xəbər verir ki, mini təyyarə avtomobil yoluna düşdüyü üçün qəzaya səbəb olub. Hadisə nəticəsində 5 nəfər həlak olub. Həmin görüntülər anbaan lentə alınıb.
Əldə olunan məlumata görə, təyyarə “Queretaro” limanında havalanandan qısa müddət sonra Meksiko-Queretaro yoluna düşüb. Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.
Rəsmilərin sözlərinə görə, qəzayla bağlı istintaq başladılıb.