04.11.2015
Qəzalar
Məktəbli avtobusu aşdı: 15 yaralı
Türkiyənin Mersin vilayətində məktəbliləri daşıyan avtobus aşıb. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata əsasən yol-nəqliyat hadisəsi nəticəsində 15 məktəbli xəsarət alıb. Qəzanın səbəbləri barədə məlumat verilmir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanya çatdırılıblar. Xilaskarlar hadisə yerində işləyirlər.