04.11.2015
Qəzalar
Sürücü həbs edildi
Suraxanı rayonunun Hovsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılıb.
Fidan