Marşrut avtobusunun vurduğu kişi öldü - BAKIDA

Marşrut avtobusunun vurduğu kişi öldü - BAKIDA

Marşrut avtobusunun vurduğu kişi öldü - BAKIDA

Yanvarın 20-də marşrut avtobusunun vurduğu piyada dünən ölüb. Сars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən “qafqazinfo”ya verilən məlumata görə, yanvarın 20-si saat 18 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Süleyman Hacıyev idarə etdiyi “Daewoo” markalı 40 saylı xətt avtobusu ilə paytaxt sakini Fikrət Quliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 28-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top