28.01.2016
Qəzalar
Sumqayıtda “Ford”un təkərləri yandı
Bakı-Quba yolunun 27-ci kilometrliyi, Sumqayıt şəhəri ərazisində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin arxa təkərləri yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Сars-az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan