28.01.2016
Qəzalar
Avtomobillə vurulan piyada hadisə yerində öldü
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.
Dəliməmmədli şəhər sakini Maarif Əliyev idarə etdiyi “VAZ-21124” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.