29.01.2016
Qəzalar
Avtobus sürücüsü piyadanı vurub qaçdı
Gecə Bakının Səbail rayonu Badamdar qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Сars-az anspress-ə istinadən xəbər verir ki, sürücü Mehman Əsədov idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçmək istəyən piyadanı vurub. Baş vermiş hadisədən dərhal sonra sürücü Mehman Əsədov avtobusu tərk edərək qaçıb. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zərərçəkmiş İsrafil Xankişiyev əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Hadisə yerindən qaçan sürücü Mehman Əsədov sonradan xəstəxanaya gələrək yaralının vəziyyəti ilə maraqlanıb.
Baş vermiş hadisə ilə əlaqədar Səbail rayon polis Idarəsində araşdırmalara başlanılıb.