Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var

Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var

Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var

Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyulun 22-də, saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi “QAZ-66” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z. Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top