04.11.2015
Qəzalar
Bakının ən böyük prospektində qəza: yaralılar var
Bakıda yol qəzası qeydə alınıb. Cars-az apa-ya istinadən xəbər verir ki, yol qəzası Sabunçu rayonunda, Heydər Əliyev prospektində qeydə alınıb.
"90-CP-211" dövlət nömrə nişanlı "VAZ 21-07" markalı avtomobil maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb.