25.03.2016
Qəzalar
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib.
Belə ki, Lənkəran şəhər sakini, Heydər Əliyev küçəsi 73 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Məmmədli Nəriman Seyran oğlu idarə etdiyi VAZ-21015 markalı 42-BS-753 dövlət nömrə nişanlı avtomaşınla idarəetməni itirərək, yol kənarındakı maneəyə çırpılıb. Sürücü hadisə yerində keçinib.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, N.Məmmədlinin aprel ayının 27-də toyu olacaqmış.