"Toyota" ilə "VAZ" toqquşdu: yaralanan var

"Toyota" ilə "VAZ" toqquşdu: yaralanan var

İsmayıllıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

Сars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İsmayıllı şəhərində "Toyota" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 23:44-də başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top