25.03.2016
Qəzalar
Uçan boşqab qəzaya uğradı
NASA-nın sınaq üçün yaradılan uçan boşqabı qəzaya uğrayıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, NASA mühəndislərinin hazırladığı uçan boşqab Mars planetinə enmək üçün nəzərdə tutulub. Kosmik aparat (LDSD) enmə zamanı paraşütərdan biri tam açılmadığı üçün qəzaya uğrayıb. Məlumatda NASA mühəndislərinin hazırladığı kosmik aparatların paraşütlərlə bağlı qəzaya uğrayan ikinci kosmik aparat olduğu bildirilir.
Qeyd edək ki, uçan böşqab kosmik gəmilər üçün nəzərdə tutulub. Onun yardımı ilə kosmik gəmi Mars planetinə yumşaq enmə əməliyyatını həyata keçirməlidir.