Kürdəmirdə ağır qəza: ölən var

Kürdəmirdə ağır qəza: ölən var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:24-də başa çatıb.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top