30.11.2015
Qəzalar
İstirahət günləri yol qəzalarında 7 nəfər ölüb
Azərbaycanda istirahət günləri qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Noyabrın 29-da isə respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.