30.11.2015
Qəzalar
Qatar 63 yaşlı kişini vuraraq öldürüb
Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Cars-az xəbər verir ki, bu barədə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-nın cənub bürosuna verilən məlumata görə, rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev dəmir yolu xəttini keçərkən qatar onu vurub.
Sol bazu sümüyünün orta 3/1-nin qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən A.Əliyevə müvafiq tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.