30.11.2015
Qəzalar
Göygöldə avtomobillə vurulan piyada öldü
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, Gəncə şəhər sakini Zaur Nəbiyev idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən Göygöl rayon sakini Mobil Mansurovu vurub.
Mobil Mansurov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.