Tələbə avtobusu aşdı: 34 yaralı

Tələbə avtobusu aşdı: 34 yaralı

ABŞ-da tələbələri daşıyan avtobus aşıb. Cars-az xəbər verir ki, hadisə Virciniya ştatında, Riçmond şəhərinin yaxınlığında, "Riçmond Parkuey" trasında baş verib. Qəzada 34 nəfər xəsarət alıb. Roanok şəhərindəki "Abbott Bus Lines" şirkətinə məxsus avtobusda Virciniya, Redford, Virciniya Texnorlogiya və Virciniya Birlik universitetlərinin tələbələri olublar. Qəzanın baş verməsində avtobusun sürücüsü, 58 yaşlı Tomas Çidester suçlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top