30.11.2015
Qəzalar
Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat baş verib. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də saat 17.00 radələrində Oğuz rayonunun Calud kəndində kənd sakini Keyti Həsənov idarə etdiyi “T-150” markalı traktoru yolun kənarında yerləşən evin hasarına vurub. Nəticədə onun sərnişini Dağlar Yusifov təkərin altında qalaraq, ölüb. Faktla bağlı araşdırma aparılır.