04.11.2015
Qəzalar
İnkassator avtomobili qəzaya uğrayıb: 3 yaralı
Gəncə-Daşkəsən yolunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən verdiyi məlumata görə, Göygöl rayonunun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator avtomobili ilə "Ford Tranzit" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.