04.11.2015
Qəzalar
Bakıda ağır qəza: 17 yaşlı "sürücü" öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az lent.az-a istinadən xəbər verir ki, Badamdar şosesi ilə 20-ci Sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero" markalı 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədın çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.