04.11.2015
Qəzalar
Bakıda ağır qəza: 1 ölü, 2 yaralı
Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Mətləb Məliklinin idarə etdiyi “Mitsubishi L-200” markalı pikapla Sumqayıt şəhər sakini Abil Abbasovun idarə etdiyi “Ford Garqo” markalı yük avtomobili toqquşub.
Nəticədə M.Məlikli hadisə yerində ölüb, 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.