04.11.2015
Qəzalar
Ucarda avtomobilini aşıran sürücü öldü
Ucar rayonunun Qaracallı kəndində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, Qaracallı kəndində kənd sakini Nəriman Davidov idarə etdiyi "VAZ-2101" markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.