04.11.2015
Qəzalar
"Jiquli" "KamAZ"ın altında qaldı, sürücü həlak oldu
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 21-də saat 21 radələrində Kürdəmir rayonunun Atakişili kəndində Kəlbəcər rayon sakini Mübariz Şirinovun idarə etdiyi "VAZ-21074" və Yevlax rayon sakini Elnur Cəfərovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə M.Şirinov hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.