04.11.2015
Qəzalar
Qubada qəza: 1 nəfər öldü
Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə Qubanın mərkəzində, Heydər Əliyev prospektində qeydə alıb. Həmin yerdə yolu keçmək istəyən piyada Yasəmən Əzizova avtomobillə vurulub. O, hadisə yerində ölüb. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.