İcra nümayəndəsi yol qəzasına düşdü

İcra nümayəndəsi yol qəzasına düşdü

Daşkəsən rayonunda yol-nəqliyyat qəzası baş verib. Daşkəsən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb. «Jiquli» markalı avtomobillə “QAZ 66” markalı yük avtomobilinin toqquşması nəticəsində Daşkəsən rayonunun Əhmədbəyli kənd icra nümayəndəsi, 1983-cü il təvəllüdlü İsaq Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Faktla başlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top