23.11.2015
Qəzalar
Hərbi təyyarə qəzaya düşdü - İki ölü
ABŞ ordusuna aid helikopter Cənubi Koreyada qəzaya düşüb. "Qafqazinfo" xairic KİV-ə istinadən xəbər verir ki, “AH-64” tipli “Apache” helikopteri paytaxt Seulun 130 km şərqində yerləşən Wonju şəhərində düşüb.
Qəza zamanı 2 nəfər dünyasını dəyişib. Hadisədə cəsədlər tanınmaz hala düşüb, araşdırma aparılır. İlkin ehtimala görə, qəza helikopterin elektrik naqillərinə ilişməsi nəticəsində baş verib.