Hacıqabulda avtobus aşıb, xəsarət alanlar var

Hacıqabulda avtobus aşıb, xəsarət alanlar var

Hacıqabulda avtobus aşıb, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağacanlı kəndində qeydə alınıb. Belə ki, quşçuluq fabrikinin fəhlələrini daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top