04.11.2015
Qəzalar
Avtomobil iki piyadanı vuraraq öldürüb
Azərbaycanda iki piyadanı maşın vurub. Cars-az apa-ya istinadənxəbər verir ki, hadisə Quba-Dağıstan magistralının 6-cı kilometrliyində qeydə alınıb. Zahid Cəfərov idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən piyadalar – 1981-ci il təvəllüdlü Dağlar Mikayılovu və 1974-cü il təvəllüdlü Fərrux Musayevi vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.