04.11.2015
Qəzalar
Təyyarə evlərin üzərinə düşdü, 5 nəfər ölüb
Kolumbiyanın paytaxtı Boqota şəhərində kiçik mühərrikli təyyarənin çörək sexi və üç yaşayış evi üzərinə düşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Cars-az "report"a istinadən xəbər verir ki, ölənlərdən 4 nəfəri təyyarədə olub: 1 pilot, 3 sərnişin. Digər ölən şəxs isə çörək sexinin əməkdaşı olub.
Polisin məlumatına görə, təyyarə yerə düşdükdən sonra yanğın baş verib. Hadisə nəticəsində 7 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Mülkü Aviasiya İdarəsinin məlumatına görə, hava gəmisi Eldorado aeroportundan uçduqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.