24.12.2015
Qəzalar
Göygöldə Türkiyə vətəndaşı qəza törətdi: 1 ölü
Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Cars-az xəbər verir ki, hadisə rayonunun Balçılı kəndində qeydə alınıb.
Rayon sakini Azər Nuriyevin idarə etdiyi “QAZ-24” və Türkiyə vətəndaşı Kemal Papakerin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə A.Nuriyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.