Sabunçuda avtomobillə vurulan piyada xəstəxanada öldü

Sabunçuda avtomobillə vurulan piyada xəstəxanada öldü

Sabunçuda avtomobillə vurulan piyada xəstəxanada öldü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cars-az xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Nəvail Tağıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən paytaxt sakini Əbil Əhmədovu vurub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top