24.12.2015
Qəzalar
Daha bir qayıq faciəsi: 13 ölü
Türkiyədən qeyri-qanuni yollarla Yunanıstanın Leros adasına keçməyə çalışan qaçaqları daşıyan 6 metrelik köhnə balıqçı qayığı aşıb.
Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qayıqda İraq və Suriya vətəndaşı olan 35 qaçaqdan 13-ü həyatını itirib, 15 nəfər isə yunan Sahil Təhlükəsizlik qrupları tərəfindən qurtarılıb.
Ölənlərdən 7-sinin uşaq olduğu bildirilir.