24.12.2015
Qəzalar
Bakıda iki minik maşını toqquşub, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə M. Əliyev küçəsində, “Qızıl Qaya” şadlıq evinin qarşısında qeydə alınıb. Ceyhun Kərimovun idarə etdiyi “İsuzu” markalı maşın Ədalət Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Ə.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.