Minik avtomobili ilə traktor toqquşdu: 1 ölü

Minik avtomobili ilə traktor toqquşdu: 1 ölü

Minik avtomobili ilə traktor toqquşdu: 1 ölü

Ağcabədi rayonunda, Ağcəbədi-Zərdab yolunun 7-ci kilometrliyində "Saipa" markalı minik avtomobili ilə “MTD” markalı traktor toqquşub. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan sərnişin, 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Cavid

Dostlarınla paylaş


Şərhlər


Top