Tovuzda “Opel”lə “Hyundai” toqquşdu: 4 yaralı var

Tovuzda “Opel”lə “Hyundai” toqquşdu: 4 yaralı var

Tovuzda “Opel”lə “Hyundai” toqquşdu: 4 yaralı var

Tovuz rayonu, Düzqırıxlı kəndində “Opel” və “Hyundai” markalı avtomobillər toqquşub. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə “Opel” markalı minik avtomobilində olan 4 nəfər xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.

Cavid

Dostlarınla paylaş


Şərhlər


Top