23.12.2015
Qəzalar
Sürücü idarə etdiyi avtomobildən yıxılıb öldü
Gəncə şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, Göygöl rayonunun Qızılqaya qəsəbəsində, Gəncə şəhər sakini Nadir İsmayılov idarə etdiyi "ZİL" markalı avtomobilin çəninə su doldurarkən çənin üstündən yıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.