23.12.2015
Qəzalar
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncə-İmamzadə yolunda yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat səhər saatlarında qeydə alınıb. “VAZ” və “Lexus” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.