22.12.2015
Qəzalar
Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, rayon sakinləri Azər Dəmirovun idarə etdiyi “QAZ-3110” və Məftun Zülfüqarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Zülfüqarovun sərnişinləri - Biləsuvar şəhər sakini Taleh Ağarəhimov və Bakı şəhər sakini Solmaz İsmayılova xəstəxanaya yerləşdirilib, T.Ağarəhimov dekabrın 21-də orada ölüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.