22.12.2015
Qəzalar
Göygöldə sürücü maşının üstündən düşərək ölüb
Göygöl rayonunda ölüm hadisəsi qeydə alınıb. Cars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılqaya qəsəbəsində baş verib. Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Nadir İsmayılov idarə etdiyi su daşıyan avtomobilə su doldurarkən maşının üzərindən yıxılaraq ölüb. N.İsmayılovun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.