21.12.2015
Qəzalar
Masallıda avtomobili aşıran sürücü öldü
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cars-az xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.
Lənkəran rayon sakini Mübariz Fərəcov idarə etdiyi “ZİL” markalı avtomobili aşırması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.