24.12.2015
Qəzalar
Balıqçı qayığı aşdı: 2 nəfər itkin düşüb
Sumqayıt şəhərində daha bir balıqçı qayığı aşıb. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə dekabrın 23-də, Xəzər dənizinin Sumqayıt şəhəri hissəsində baş verib.
Sumqayıt şəhər sakinləri Mustafa Quliyev, Bəndəli Əliyev və Siyəzən rayon sakini Salamat Qasımov taxta qayıqla Xəzər dənizində olarkən qayıq aşıb.
Nəticədə B.Əliyev sudan çıxarılıb, digərlərini axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan bir neçə gün əvvəldə dənizdə balıqçı qayığı aşmışdı.