Goranboyda ağır qəza; ölən var

Goranboyda ağır qəza; ölən var

Goranboy rayonunun Səfikürd kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az FHN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumata əsasən, rayon mərkəzindən 9 km aralı Səfikürd kəndində vətəndaşlara məxsus "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Cavadov Yalçın Bəylər oğlu dünyasını dəyişib. Mərhumun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top