67 yaşlı qadını maşın vurdu

67 yaşlı qadını maşın vurdu

Gədəbəydə avtomobil 67 yaşlı qadını vurub. Cars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Miskinli kənd sakini 67 yaşlı Təzəgül Mehdiyeva axşam saatlarında bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər TTYX-ya çatdırılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmadan sonra məlum olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top