Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Gəncədə piyadanı maşın vurub öldürdü
Gəncədə piyadanı maşın vurub öldürdü

Gəncədə piyadanı maşın vurub öldürdü

Gəncə şəhərində yolu keçmək istəyən qadını maşın vuraraq öldürüb. Cars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncənin qərb istiqamətində qeydə alınıb.

Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Nicat Nəbiyev idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Daşkəsən rayon sakini Hafizə Zeynalovanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top