04.11.2015
Qəzalar
Kürdəmirdə «Mercedes» yandı
Kürdəmirdə yük maşını yanıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, hadisə Karrar kəndində qeydə alınıb. “Caspian Trans” şirkətinə məxsus “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquda olan 23 ton tekstil sap yanıb. Yanğından yük avtomobili mühafizə olunmuşdur. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan