Yük avtomobili yandı, cücələr tələf oldu

Yük avtomobili yandı, cücələr tələf oldu

Yük avtomobili yandı, cücələr tələf oldu

Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Beyləqan-Bəhramtəpə yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin banı və banına karton taralarda yığılmış cücələr yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top