04.11.2015
Qəzalar
Bakıda daha bir yük maşını avtobusla toqquşub
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb. “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fidan